Dünən axşam saatlarında İrəvanın “Zvartnots” hava limanından qalxan təyyarə Bakıya enib.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Armenia” bildirib. Məlumata görə, dekabrın 11-də saat 17:00-da İrəvandan Bakıya “Enter Air” aviaşirkətinin təyyarəsi qalxıb.
“Hava gəmisi”nin göyərtəsində NATO Müdafiə Kollecinin kursantlarının olduğu güman edilir.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın 10-11-də Ermənistanda səfərdə olduğunu bildirmişdi. O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşlər keçirib.
Qeyd olunur ki, “Enter Air”in çarter reysi bir gün əvvəl - dekabrın 9-da kollecin yerləşdiyi Romadan İrəvana gəlib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub