Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub.
Mynews.az xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisə Mərcan klinikasında baş verib.
Belə ki, 23 yaşlı Nərmin İsgəndərova doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.

Foto: Nurlan Həsənli
Qızın anası Şahnaz Mehdiyevanın sözlərinə görə, qızı əməliyyata görə 5000 manat ödəniş edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Xəstə bu barədə həkimə məlumat versə də, təəssüf ki, həkim xəstəsinə laqeyd yanaşıb. Ailəsi bildirir ki, gənc qız öz hesabına irin axan yarasına dərmanlar tapmağa çalışıb. Lakin yolda halı pisləşib və ordaca dünyasını dəyişib.
Qeyd edək ki, vəfat edən Nərmin Mehdiyeva bloger fəaliyyəti ilə məşğul olub. Bir qızı var.
Məsələ ilə bağlı sözügedən həkim Milli.Az-a açıqlama verərək bildirib ki, hər şey ekspertiza rəyindən sonra məlum olacaq.
"Ölənin arxasıyca danışmazlar amma mən sübütları göstərə bilərəm".
Həkimə ünvanlanan digər suallara isə hazırda cavab vermək istəmədiyini bildirib. O pasienti dəfələrlə klinikaya dəvət eləsə də, xanımın gəlmədiyi deyib.

1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
1047 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
1043 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
999 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
997 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
992 dəfə oxunub