Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ictimai yerlərdə deyil, evlərdə də həvəslə bəzədilir. Hər il olduğu kimi, bu il də müxtəlif mağaza və onlayn satış platformalarında müxtəlif ölçülərdə və fərqli qiymətlərdə yolkalara və bəzək aksesuarlarına gəlmək mümkündür. Bəs qiymətlər necədir?
Mynews.az Xəzərxəbər-ə istinadən bildirir ki, stolüstü suvenir yolkalar 3 manatdan 9 manata, digərləri isə hündürlüyünə görə 35 manatdan 150 manat və daha baha qiymətlərə təklif olunur.
Satıcılar deyirlər ki, ötən illə müqayisədə bəzi yolkaların qiymətində 25-30 faiz artım var.
Məsələn, ötən il 1.20 metr ölçüdə olan bayram yolkası ötən bayram öncəsi minimum 90-100 manata satıldığı halda, bu il 150-200 manat arasında dəyişir. Bu qiymət süni (plastik) ağaclara aiddir. Əsl yolkalarda isə 1 metr 50 santimetrədək olan ölçülərin qiymətləri ən az 400-450 manatdır.
Yolka üçün bəzək aksesuarları da fərqli qiymətlərədir. Alıcılar arasında isə qiymətdən razı qalanı da, narazı olanı da var.
Mağazaların bir çoxunda qiymətlərin bundan sonra ciddi dərəcədə artmayacağını deyirlər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub