Azərbaycanda bəzi şəxslər vaxtından əvvəl pensiyaya çıxa bilərlər.
Mynews.az Xəzər TV-yə istinadən bildirir ki, belə ki, rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflər hazırlanır. Bu məsələ ötən gün milli məclisin komitə iclasında müzakirə edilib.
Əvvəllər bir çox mədəniyyət işçiləri və digər sahələrdə müəyyən iş təcrübəsi olanlar erkən pensiya almaq hüququnu malik idilər.
Bəs mövcud qanunvericiliyə görə, başqa hansı sahələrdə çalışan şəxslər erkən əmək pensiyasına çıxa bilərlər?
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu siyahıya yenidən baxılması və əhatə dairəsinin genişləndirilməsi lazımdır.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, riskli sahələrdə çalışan şəxslərin 5 il tez pensiya alması mümkündür. Lakin bunun üçün müəyyən şərtlər var.
Nazirlikdən o da qeyd edilib ki, nazirlər kabinetinin müvafiq qərarı ilə sözügedən siyahıya 65 yeni peşə və vəzifə əlavə edilib, eyni zamanda aktuallığını itirən 25 peşə sahəsi siyahıdan çıxarılıb.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub