USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Aliment ödəməməyin cəzası nədir?

10:58 23.12.2024
Aliment ödəməməyin cəzası nədir?
10:58 23.12.2024

Alimentin ödənilmə müddəti

İlk növbədə boşanma prosesi ilə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra aliment ödəməli olan şəxsə, yəni cavabdehə aliment ödənilməsi ilə bağlı icraata başlamaq barədə qərar göndərilir və 10 gün müddətində aliment ödənilməsinin könüllü təmin edilməsi təklif edilir.

İnzibati məsuliyyət

Cavabdeh icra sənədi üzrə alimentin ödənilməsi tələbini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməzsə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməzsə, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmaqla, 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, şəxsiyyəti nəzərə alınmaqla, barəsində 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Cinayət məsuliyyəti

Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh tərəfindən qərəzli olaraq icra edilmədikdə o, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cəzadan sonra alimentin ödənilməsi

İnzibati yaxud cinayət məsuliyyətinə cəlb edilmiş şəxs cəzasını çəkdikdən sonra, alimentin ödənilməsini davam etdirməlidir. Yəni, bu cəzaların çəkilməsi aliment öhdəliyini aradan qaldırmır və yenidən məsuliyyətə cəlb edilə bilər.

Alimentin gecikdirilməsinə görə dəbbə pulu

Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxs alimenti təqsirli olaraq (bilərəkdən) vaxtında ödəmədikdə təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.


Xəbər lenti

300x200r