USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

“Embraer 190” təyyarəsində sağ qalan təyyarə bələdçisi xəstəxanada

10:26 26.12.2024
“Embraer 190” təyyarəsində sağ qalan təyyarə bələdçisi  xəstəxanada
10:26 26.12.2024

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38-i həlak olub, 29-u isə sağ qalıb.

Mynews.az xəbər verir ki, sağ qalanlar arasında stüardessa Aydan Rəhimli də var.

Onun xəstəxanadan görüntüləri FHN-in hazırladığı videoda yer alıb.

Yeri gəlmişkən, digər stüardessa Hökümə Əliyeva həyatını itirib, stüard Əsədov Zülfüqar isə sağ qalıb.

Xatırladaq ki, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb.

Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.


Cəmiyyət

Xəbər lenti

300x200r