Təyyarə qəzasında həlak olan şəxslərdən ikisinin Qusar rayonundan olduğu məlum olub.
Mynews.az xəbər verir ki, faciəli şəkildə həlak olan vətəndaşlarımız sırasında Qusar rayonunun Sudur oba kənd sakinləri də var. Bacı-qardaş, 22 yaşlı Əli və 19 yaşlı Xədicə Əlimirzəyevlər də faciənin qurbanı olublar.
Faktı Qusar rayon İcra Hakimiyyətindən təsdiq ediblər.
RİH-dən bildirilib ki, onların ata-anası olmayıb və tək yaşayıblar:
“Ataları çoxdan rəhmətə gedib, anaları isə 4-5 il əvvəl Suriyada itkin düşüb. Bacı-qardaş tək yaşayırdılar, Qroznıya hansı səbəblə uçduqları məlum deyil”.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 nəfəri sərnişin, 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub. Onlardan 38 nəfəri həlak olub, 29 nəfəri sağ qalıb.
Allah Rəhmət etsin!
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub