Bələdiyyə seçkisi ilə əlaqədar seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi bu həftə yekunlaşacaq.
Mynews.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, müvafiq yerləri dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları müəyyənləşdirməlidirlər. Bu, səsvermə gününə azı 30 gün qalanadək, "Təqvim Planı"na uyğun olaraq 2024-cü il dekabrın 30-dək başa çatdırılmalıdır.
Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkisi 2025-ci ilin yanvarın 29-na təyin edilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub