"Azərbaycan Hava Yolları" QSC-nin Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası cəsarət və əzmkarlıq nümayiş etdirərək, kritik məqamda vəzifəsini yerinə yetirməyə davam edib.
Mynews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə təyyarə qəzasından sağ çıxan Subxonkul Rəhimov məlumat verib.
"Pilotlara yaxın olan stüardessa vəziyyətin dəhşətli olmasına baxmayaraq, özünü ələ almışdı. Xüsusən də bir qadın üçün bu, çox çətin idi. Lakin o, sonadək dözərək hərəkət etdi", deyə Rəhimov bildirib.
O vurğulayıb ki, stüardessa yaranmış ağır şəraitə baxmayaraq, bütün funksiyalarını və vəzifələrini yüksək səviyyədə yerinə yetiririb. Rəhimov əlavə edib ki, stüardessa əsasən Azərbaycan dilində danışaraq sərnişinləri sakitləşdirib.
Qəza 25 dekabr səhəri, "Azərbaycan Hava Yolları" ("Azerbaijan Airlines") aviaşirkətinə məxsus "Embraer" sərnişin təyyarəsinin Bakıdan Qroznıya uçduğu zaman Qazaxıstanın Aktau hava limanında baş verib. Ekipaj enişdən əvvəl təcili eniş üçün müraciət etmişdi. Qəzanın səbəbləri hələ rəsmi olaraq açıqlanmayıb.
Təyyarədə olan stüardessa Hökumə Əliyeva insanları sakit olmağa çağırıb və hər şeyin yaxşı olacağını deyib. Təəssüf ki, Hökumə Əliyeva hadisə nəticəsində həlak olub. Digər stüardessa Aydan Rəhimli isə xəsarət alıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub