Təyyarə qəzasından sağ çıxan azərbaycanlı Ayhan Bayramzadə qəza anı yaşadıqlarından danışıb.
Mynews.az xəbər verir ki, onun sözlərinə görə, təyyarə 3-cü dəfə Aktauya eniş edən zaman artıq sərnişinlər təhlükədə olduqlarını hiss ediblər:
"İşləmək üçün Qroznıya əmimin yanına gedirdim. İlk dəfə idi ki, təyyarədə səfər edirdim. Belə tam xatırlaya bilmirəm. Əvvəla bizə dedilər ki, Qroznıya enirik. Pilot birinci dəfə enməyə çalışdı amma alınmadı. Səmaya qalxdı. Eyni şeyi ikinci dəfə təkrar etdi. Bun dəfə də alınmadı. Artıq üçüncü enişdə biz təhlükəni hiss etdik. Ondan sonra təyyarə 1-2 saat ətrafında Qroznı ətrafında fırlandı. Sonra Aktauda qəza enişi etdik. Artıq hər şeydən əlimizi üzdük".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub