Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
Mynews.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə televiziya və radio yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Audiovizual Şurasına 2,5 milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub