Günəşdəki partlayışdan qaynaqlanan güclü bir geomaqnit dalğası ilə bağlı xəbərdarlıq edilib.
Mynews.az bildirir ki, dalğanın təsirlərinin 1 yanvar səhər saatlarına qədər müşahidə olunacağı gözlənilir.
Günəş üzərində araşdırmalar aparan astrofizikçi Rayn Frenç “X” sosial media hesabında mövzu ilə bağlı açıqlama verib. Son bir neçə gündə Günəşdə güclü partlayışların baş verdiyinə diqqət çəkən Frenç bu partlayışlar nəticəsində yaranan maqnit dalğasının 31 dekabrda dünyaya təsir edəcəyini də bildirib.
“Space” saytında yer alan xəbərə görə, dalğanın gücünün G3 (güclü) səviyyəsində olması gözlənilir.
Qeyd olunub ki, geomaqnit aktivliklərə səbəb olan dalğa, adətən şimal ölkələrində görünəcək və şimal işıqları adlandırılan göy üzündəki rəngli işıqların yaranmasına gətirib çıxaracaq. Məlumata görə, bu hadisə bir çox ölkədə də müşahidə edilə biləcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub