Azərbaycanda təxminən 10 ilə yaxındır "ayıq sürücü" xidməti fəaliyyət göstərir. Bu xidmət spirtli içki qəbul etdikdən sonra şəxsi avtomobil sahiblərinin təhlükəsiz şəkildə mənzillərinə qayıtmaları üçün istifadə olunur. "Ayıq sürücü"lər müştərilərin avtomobilini idarə edərək yol qəzası riskini minimuma endirir. Nəqliyyat vasitəsinin sahibi "ayıq sürücü"nün yanında əyləşdiyi zaman artıq ona şifahi etibarnamə verdiyindən "ayıq sürücü"nün nəqliyyat vasitəsini idarə etmək hüququ var. Ancaq bəzi hallarda "ayıq sürücü"nün yol hərəkəti qaydalarını pozmasının şahidi oluruq. Belə olan halda məsuliyyəti kim daşıyır?
Mynews.az xəbər verir ki, mövzu ilə bağlı danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, hazırda bu mövzu müzakirə predmetidir:
"Bu zaman tərtib edilən protokol avtomatik olaraq qeydiyat şəhadətnaməsində adı qeyd olunan fərdi, yaxud hüquqi şəxsin adına gəlir. Yaxud da avtomobil sahibi tərəfindən kiməsə etibarnamə verilibsə, protokol həmin şəxsin adına göndərilir. Bir sözlə "ayıq sürücü" sükan arxasında qayda pozduqda cərimə ona yox, nəqliyyat vasitəsinin sahibinə yaxud etibarnamə verilən şəxsə yönəldilir".
Ekspert bildirib ki, belə halları sistem üzərindən isbat etmək çox çətindir:
"Qanunda bununla bağlı boşluq var, onu aradan qaldırmaq üçün dəyilşikliklər aparılmalıdır, əfsuslar olsun ki, aparılmır. İnzibati xətanı kənara qoyaq, qəza baş verdikdə kimin məsuliyyət daşıması da sual altındadır. Qanundakı boşluq səbəbilə ayıq sürücünün məsuliyyətədn boyun qaçırmaq ehtimalı çox yüksəkldir".
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub