"Fevralın 1-dən minimum pensiyalar 320 manata çatdırılır və bu, 14 % artım deməkdir".
Mynews.az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib.
O bildirilib ki, Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqqının artırılması nəzərdə tutulub.
“Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının orta tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhatə edəcək. Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var”, - deyə sədr qeyd edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub