"Birbank" mobil tətbiqindən isitifadə edilən "BakıKart" QR biletləri üzrə vətəndaşların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq.
Mynews.az xəbər verir ki, bu barədə "Kapital Bank" ASC-dən məlumat verilib.
Bildirilib ki, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün "Birbank" mobil tətbiqində QR bilet yaratmaq kifəyətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.
Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin "BakıKart" QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb.
Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq.
Bu mövzuda sualları olan müştərilər Birbank mobil tətbiqində 29 noyabr-4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 Sorğu mərkəzi ilə əlaqə saxlaya bilərlər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub