"Keşlə bazarı" kimi tanınan ticarət mərkəzində söküntü işlərinin başlanmasına sayılı günlər qalıb.
Mynews.az Baku TV-yə istinadən xəbər verir ki, fevralın 1-nə qədər bazar boşaldılmalıdır.
Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır.
Bəs illərdir fəaliyyət göstərən "Keşlə bazarı"nın yeni ünvanı hara olacaq?
"Dərnəgüldə yerləşən "Avrohom" tikinti malları bazarında yer ayrılıb. Hazırda orada bizim bazarın tikintisi gedir. Bayrama qədər vaxt verilsəydi, yaxşı olardı. Bu boyda bazar oraya necə yerləşəcək?!" - satıcı açıqlamasında bildirib.
Satıcıların sözlərinə görə, ticarət mərkəzinin köçürüləcəyi ərazi "Yeni Keşlə bazarı" adlandırılacaq.
Ətraflı süjetdə:
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub