Ötən il dekabrın 25-də Bakı - Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəza etdiyi ərazi simulyatorda nümayiş etdirilib.
Mynews.az xəbər verir ki, əvvəlcə, təlimçi-kapitan Vüqar Mehdizadə "Embraer 190" təyyarəsinin Aktauya enməsinin səbəbini açıqlayıb:
"Nə üçün Bakı - Qroznı reysini yerinə yetirən təyyarə Aktauya yönəldi və hadisə orada baş verdi? Çünki bu bölgənin sahəsi tamamilə düzənlikdir. Orada dağlıq ərazilər yoxdur. Əgər pilotlar dağlıq ərazidə yerləşən hava limanlarına yönəlsəydi, yanlış seçim olardı. Çünki hava gəmisi idarəedilməz durumda idi. Kapitanın Aktauya yönəlməsi tamamilə doğrudur. Onlar çox çətin vəziyyətdə Qazaxıstana qədər getdilər".
Daha sonra pilot, qəzadan 3 gün əvvəl həmin təyyarəni idarə edən Tural Şahverdiyev qəza edən pilotların seçimindən danışıb: "Təyyarə kapitanı Aktauya gələrək normal eniş etməyi düşünürdü. O, bir neçə dəfə havada dövrə vuraraq ən uyğun enişi etmək istəyirdi. Lakin son anda nə baş verdiyini heç kəs bilmir".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub