İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 296 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Mynews.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.
Yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 21 yanvar 2025-ci ildən etibarən açıq olacaq.
Müraciətlərin qəbulu və mənzil seçimi elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi və rəsmi "YouTube" kanalı, həmçinin "1549" çağrı mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6 317 kirayə müqaviləsi bağlanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub