Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara əlçatan və yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədilə ən son cihaz modellərindən olan maqnit rezonans tomoqrafiya (MRT) cihazı istifadəyə verilib.
İstər Abşeron rayonu ərazisində yaşayan vətəndaşlar, istərsə də tibb müəsissəsinə birbaşa müraciət edən vətəndaşlar ixtisaslı həkim tərəfindən göstəriş olarsa MRT müayinəsindən icbari tibbi sığorta çərçivəsində ödənişsiz yararlana biləcəklər.
Xatırladaq ki, maqnit rezonans tomoqrafiya insanların daxili quruluşuna baxmaq üçün daha çox tibbdə istifadə edilən, maqnetik dalğa prinsipi ilə çalışan bir müayinə metodudur. Miqren, baş ağrılarında, nevroloji xəstəliklərdə, beyin şişindən şübhələnilən xəstələrdə, epileptik növbə keçirən xəstələrdə, göz, qulaq, çənə oynağı problemi olan xəstələrdə, onurğa problemi, disk oynamaları və disk yırtıqlarında, bel, diz kimi oynaqlar və bağların qiymətləndirilməsində, idman yaralanmalarında, ürək xəstəliklərində, döş və qarın daxili orqan xəstəliklərində, sümük quruluş xəstəliklərində MRT aparıla bilər. Tam təhlükəsiz və ağrısız müayinə üsuludur.


1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub