Azərbaycanda saxta plastik cərrahlarla bağlı müzakirələr gündəmdə qalmağa davam edir. Plastik cərrahiyyə əməliyyatı keçirən bəzi şəxslərin ixtisaslarının uyğun olmadığı, müvafiq icazələrinin isə saxta olduğu üzə çıxıb.
Son olaraq burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın vəfatı bu məsələyə ictimai diqqəti artırıb.
Saxta plastik cərrahlarla bağlı məsələ daha da böyüyəcək.
Tezliklə rəsmi qurumlar tərəfindən genişmiqyaslı tədbirlərin görüləcəyi və yeni həbslərin olacağı gözlənilir.
Məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ay əməliyyat həyata keçirib. Məlum olub ki, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova, akkreditasiya şöbəsinin keçmiş müdiri Lətafət Cabbarova və digər şəxslər həkimlərin ixtisaslarının qanunsuz olaraq dəyişdirilməsində və saxta sertifikatlarla təmin edilməsində iştirak ediblər. Bu qanunsuzluqlar nəticəsində çoxsaylı şəxslərdən rüşvət alındığı müəyyən edilib.
Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvətalma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarova barəsində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Baş Prokururluq bildirib ki, qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.
Əldə etdiyimiz məlumata görə, araşdırmalar çərçivəsində başqa yüksək vəzifəli şəxslərin də məsuliyyətə cəlb olunacağı bildirilir. Hazırda onlar barədə araşdırma aparılır. Həmçinin, bir sıra özəl klinikalarda da əməliyyatların keçiriləcəyi gözlənilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, plastik cərrahlar praktik fəaliyyətlərini təsdiq edən sənədləri 2025-ci il yanvarın 31-dək təqdim etməlidirlər. Əks halda, onların tibbi fəaliyyət hüququ ləğv ediləcək. Bu məqsədlə müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə Xüsusi Təftiş Komissiyası yaradılıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub