Son günlər vatsap platformasında Daxili İşlər Nazirliyi adından göndərildiyi iddia edilən xəbərdarlıq mesajları yayılıb. Belə ki, sözügedən mesajda vətəndaşlardan diqqətli olmaları, mənzillərin ətrafında özlərini daxili işlər işçisi kimi təqdim edən bir qrup şəxsə inanmamaları vurğulanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, whatsapp qruplarında qurum adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir.
"Bununla bağlı tərəfimizdən hər hansı məlumat paylaşılmayıb. Naməlum şəxslərin hansısa yoxlama, sorğu aparması ilə bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb”, - rəsmi qurum bəyan edib.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub