Son aylarda kartofun həm bazarlarda, həm də mağazalarda bahalaşması hiss olunur. Belə ki, daha əvvəl 1 manat 30 qəpiyə satılan kartof hazırda 1 manat 79 qəpiyə təklif olunur.
İqtisadçı ekspert Eyyub Kərimli Mynews.az-a açıqlamasında bildirib ki, məhsulun qiymətinin artımı mövsümi amillərlə bağlıdır:
“Qış ayları ilə əlaqədar yerli məhsulun becərilməsi həyata keçirilmir, ancaq ehtiyatda olan məhsulların satılır. Bu da qiymətlərə təsir edir. Digər tərəfdən, hesab edirəm ki, bəzi hallarda mağazalarda qiymət süni olaraq artırlır. Əgər biz müşahidə etsək, bazarlarda belə kəskin qiymət artımı olmur”.
Ekspertin sözlərinə görə, əsasən də yerli məhsulun qiymətindəki artım onun keyfiyyətinin daha yaxşı olması ilə əlaqədardır:
“Ölkəyə Belarusdan, Gürcüstan və İrandan idxal olunan kartoflar bəzən daha ucuz satılır. Lakin hesab edirəm ki, onların keyfiyyəti yerli kartof qədər deyil. Buna görə də yerli məhsul daha baha qiymətə alıcılara təklif olunur”.
İqtisadçı Elçin Rəşidov isə qeyd edib ki, dünya bazarında hər hansısa bir məhsulun qiyməti qalxırsa, Azərbaycan bazarında da bu, özünü göstərəcək. Hətta Azərbaycan kartof istehsalı ilə məşğul olsa da, qiymətlər heç vaxt stabil qala bilməz.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub