Mart ayından etibarən Azərbayan və Rusiya arasında qatarla sərnişindaşıma bərpa olunacaq.
Mynews.az bildirir ki, bu barədə “Gununsesi.info”-ya məlumatlı mənbələr bildirib. Qeyd olunur ki, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.
Ötən il dekabrın 25-də Bakıdan Qroznı şəhərinə uçan Azərbaycan Hava Yollarına məxsus “Embrader 190” sərnişin təyyarəsinin Rusiya səmasında HHQ tərəfindən vurulmasından sonra qonşu ölkənin 10-a yaxın hava limanına uçuşlar dayandırılıb.
Məlumdur ki, bu hadisədən bir neçə gün sonra gözləntilərin əksinə, Baş nazir Əli Əsədov Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə aprelin 1-ə qədər uzadılması haqda qərar verib. Nəticədə Rusiyada çalışan azərbaycanlılar gediş-gəliş problemi ilə üzləşib.
Görünür, Rusiya və Azərbaycan hökumətləri arasında qatar vasitəsi ilə sərnişindaşımanın bərpa olunması barədə razılaşma problemin qismən həllinə yönəlib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub