Bu gün səmada müxtəlif vaxtlarda müəyyən görüntülər müşahidə olunub.
Mynews.az xəbər verir ki, bu barədə gün ərzində Baku.ws-in "qaynar xətti"nə müxtəlif videogörüntülər göndərilib.
Gəncə, Daşkəsən, Şəmkir və paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür. Səmada hərəkət edən obyekt bir saat müddətində müşahidə olunub.
Bəs müşahidə edilən bu naməlum obyekt nədir?
Məsələ ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov açıqlamasında bildirib ki, bu görüntülər müxtəlif səbəblərdən yarana bilər.
"Əvvəla qeyd edim ki, bu, astronomiya ilə bağı hadisə deyil. Yerdə baş verən proseslərdən dolayı yaranan görüntülərdir. Gözlə görünürsə, bu kosmik peyklər də ola bilər. İlon Maskın şirkəti orbitə peyk buraxıb. Onlar birgə uçursa, uzun bir quyruq yaradır. Adi gözlə də görmək olur", - deyə ekspert bildirib.
Nəriman İsmayılov deyir ki, insanların görüntüyə müxtəlif ad verməsi isə tamamən cəfəngiyyatdır:
"Naməlum uçan obyektə həyatımız boyu rast gəlinməyib. Bütün bunların hamısı uydurma şeylərdir. İnsanları yalandan aldadırlar. Şəkil çəkirlər. Boşqab şəkli çəkirlər. Lakin elmi araşdırmalarda, real bir foto belə yoxdur".
Həmin görüntüləri təqdim edirik:
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub