AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib.
Mynews.az xəbər verir ki, bu barədə “Caliber” öz mənbələrinə istinadən yazıb.
Qeyd olunub ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib.
“Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib. Məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiya işi ört-basdır etməyə çalışsa və istintaqın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi qurumlara müraciət edəcək", - məlumatda deyilir.
Xəbərdə deyilir ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib.
Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında “Pantsir”in hücumuna məruz qalıb və ciddi zədələnib. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau yaxınlığında zədələnməsi səbəbindən qəzaya uğrayıb. Təyyarədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub