"Fermerlər əkin subsidiyası almaq üçün 10 hektardan artıq sahədə əkilmiş arpa, buğda, çəltik və qarğıdalı əkinlərini sığortalamalıdırlar".
Mynews.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yeni subsidiya əmsalları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, bu ildən şəkər çuğunduru əmsallarında da dəyişiklik edilib:
"Müasir suvarma sistemi ilə təmin olunmuş sahələr üzrə məhsul əmsalı 19 manatdan 22 manata, müasir suvarma sistemi olmayan sahələrdə isə 18 manatdan 19 manata qədər artırılıb".
V.Hüseynov, həmçinin qeyd edib ki, Aqrar Subsidiya Şurası Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq meyvə bağlarının salınmasını stimullaşdırmaq məqsədilə dövlət dəstəyi mexanizmi ilə bağlı qərar qəbul edib:
"Qərara əsasən, Naxçıvan MR-də reqlamentə uyğun şərtlər müəyyənləşib. Bu şərtlərə uyğun gələn ərazilərdə salınmış hiperintensiv meyvə bağlarına görə çəkilən xərclərin 70%-i dövlət tərəfindən qarşılanacaq".
Ətraflı süjetdə:
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub