Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması zamanı həyatını itirən qusarlı bacı-qardaş - 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevlərin ailələrinə dövlətin verəcəyi kompensasiya ətrafında söz-söhbətlər yaranıb.
Ata evlərinin yerləşdiyi Qusarın Suduroba kəndində yaşayan bacı-qardaşı sağ ikən bir dəfə də olsun axtarmayan, onların qayğısına qalmayan ögey qardaş ortaya çıxıb.
Sözügedən şəxs Qusarın Əvəcuq kəndində doğulub, hazırda Bakı şəhərində yaşayan 25 yaşlı Kamran Xəzər oğlu Seyidovdur. Kamran anasının birinci evliliyindən doğulub. Kamran bu yaşınacan nə anasını, nə də bacı-qardaşlarını axtarıb. Heç qəzada həlak olan bacı-qardaşının dəfnində belə iştirak etməyib.
Amma təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini istəyir.
Mynews.az Bizim.media-nın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub