Elektrikli avtobusların yolda qalması, enerjisinin tez tükənməsi ilə bağlı xəbərlərlə tez-tez rastlaşırıq. Hətta sərnişinlər bildirirlər ki, həmin avtobuslarda telefonu enerjiyə qoşduqda şarj dolmaq əvəzinə azalır. Bəs bu problemlərin səbəbi nədən qaynaqlanır?
"BakuBus" MMC-nin Mətbuat Xidmətindən bildirilib ki, avtobusların enerji səviyyəsi daim diqqət mərkəzində saxlanılır:
"Avtobuslar marşrut xəttindən qayıtdıqdan sonra qarajda 3 saat ərzində 100% enerji dolumu ilə təmin olunur. Bu, növbəti gün ərzində marşrut xəttində əlavə enerji dolumuna ehtiyac olmadan nəzərdə tutulan məsafəni qət etməyə imkan verir.
Eyni zamanda, əlavə nəzarət mexanizmi də mövcuddur ki, enerji səviyyəsi 50%-dən aşağı düşdükdə sürücülərə növbə dəyişikliyi zamanı HUB-larda enerji dolumu ilə bağlı təlimatlar verilir. Beləliklə, “Enerji bitdi, avtobus dayandı” kimi halların baş verməsi mümkün deyil".
Qurum diqqətə çatdırıb ki, avtobus da nəqliyyat vasitəsidir və qəza, fors-major səbəbindən yolda dayanma halları baş verə bilər. Bu, enerji səviyyəsindən asılı olmayan bir amildir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub