"Bəzi saytlar yalandan anamın dünyasını dəyişməsi xəbərini veriblər. Bu tamamilə yalan xəbərdir, ucuz reytinq üçün belə xəbərlər yayanlara xəbərdarlıq edirəm".
Bu sözləri Mynews.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı İntizar xanım deyib.
Hazırda reanimasıyada olan aktrisanın qızı Xalq artistinin son vəziyyətini açıqlayıb:
"Allaha çox şükür ki, anamın vəziyyəti çox yaxşıdır, hər şey qaydasındadır. Hələ də reanimasiyadadır. İndi onun qısa zaman ərzində bizim kimi normal danışması, davranması təbii ki, mümkün deyil. Zamanla hər şey daha da yaxşı olacaq. Bəzi saytlar yalandan anamın dünyasını dəyişməsi xəbərini veriblər. Onlara sizin vasitəniz ilə xəbərdarlıq edirəm. Belə xəbərlər ilə reytinq yığmaq olmaz. Bu elə-belə bir şey deyil, xəstəlikdir. İnsan həyatı ilə reytinq qazanmayın. Bundan sonra hər hansı bir saytda, mənim anamla bağlı bir dənə belə olsa neqativ yazıya rast gəlsəm, mən məhkəməyə müraciət edəcəyəm".
Qeyd edək ki, Fatma Mahmudova 1954-cü ildə Ağdam rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu "Teatr kollektivi rejissoru” ixtisası üzrə bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan Fatma Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olub. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yaradıb.
F.Mahmudova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub