"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin rəsmi instaqram hesabında uzun müddətdən sonra status paylaşılıb.
Mynews.az xəbər verir ki, statusda bundan sonra səhifəni qardaşı Nihat Mütəllimovun və bloger Zaur İskəndərovun idarə edəcəyi qeyd olunub.
Həmçinin paylaşımda xaricdən ucuz avtomobillərin gətirilməsi üçün logistika şirkəti reklam edilib.
Xatırladaq ki, 2023-cü ilin avqustunda N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub