"Bu ildən bəzi bitkilər üzrə subsidiyanın artırılması planlaşdırılır".
Mynews.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) mətbuat katibi Ruslan Zeynalov BAKU.WS-ə açıqlamasında bildirib.
AKİA rəsmisi əlavə edib ki, qaragilə (mavigilə) bitkisi üzrə əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonları ilə yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunu da əhatə edir:
"Bu ildən torf və perlit qarışığında dibçəklərdə əkilən bağların hər hektarına 15 000 manat, turşuluq (PH) səviyyəsi 6,5-dən artıq olmayan torpaqlarda, damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 3 400 tingin əkildiyi qaragilə bağlarına isə 7 500 manat subsidiya veriləcək".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub