Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub.
Mynews.az'ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib.
Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur.
E.Hacıyev valideynlərə tövsiyə edib ki, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var:
“Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var.
Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.
DİN rəsmisi əlavə edib ki, qurum tərəfindən respublikanın ali və orta təhsil məktəblərində tələbələrin, şagirdlərin zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində kompleks iş aparılır. Heç bir çağırışa polis tərəfindən etinasız yanaşılmır.
1
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
1044 dəfə oxunub
2
Azərbaycan nefti ucuzlaşdı
1038 dəfə oxunub
3
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
983 dəfə oxunub
4
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
976 dəfə oxunub
5
Bu rayonda qarın hündürlüyü 85 sm-ə çatdı
956 dəfə oxunub