"Məqsəd birinci hissədə metronun "Ulduz" stansiyasından Keşlə bazarına kimi, ikinci hissədə DTX Akademiyası istiqamətində, daha sonra Keşlə bazarının qarşısındakı restoranın ərazisindən, sonda isə akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər yol çəkilməsidir".
Mynews.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qənbərov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı ictimai dinləmədə deyib.
O bildirib ki, yol çəkilməsi zamanı ekoloji tarazlığın qorunması məsələsi də diqqətdə saxlanılır.
Sədrin sözlərinə görə, sözügedən ərazidən ümumilikdə 1 650 ağacın köçürülməsi planlaşdırılmalıdır.
"Ulduz" stansiyasından Keşlə bazarına kimi 2 km ərazidə 586 ağac, 0.47 ha DTX Akademiyası ərazidə 73 ağac, Keşlə bazarının qarşısındakı restoranın 0.17 ha ərazidən 170 ağac, akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər 730 m ərazidə 820 ağac köçürülməlidir. Əgər yol çəkilməsindən danışırıqsa, ağaclar daşınmalıdır. Lakin bütün bu işlər görüləndə ekoloji təmizlik nəzərə alınmalıdır. Bütün qurumlar bu istiqamətdə bir-biri ilə sıx əlaqədə işləməlidir".
Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qənbərov əlavə edib ki, Keşlə bazarı və DTX Akademiyası ərazisindəki ağacların köçürülməsi ilə bağlı rəy hazırdır:
"Ağacların köçürüləcəyi ərazilər müəyyənləşdirildikdən sonra rəy İcra Hakimiyyətinə göndəriləcək".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub