"Güzəştli ipoteka kreditləri üzrə 586 müraciət qeydə alınıb".
Mynews.az bildirir ki, bu məlumat Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan verilib.
Qeyd olunub ki, İKZF tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara limitlər ayrılıb.
"Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 6 fevral 2025-ci il saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 7 fevral 2025-ci il saat 10:00-dan başlanılıb.
Vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalına inteqrasiya edilmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib.
Qeyd etmək lazımdır ki, həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə verilməsi nəticəsində bu kreditlərə əhali arasında yüksək tələb formalaşıb.
Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1 337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb", - məlumatda deyilir.
Əlavə olunub ki, əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və İKZF-nin daxili qaydalarına uyğun olaraq davam etdirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub