Mynews.az Sia-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsini yağışlı hava ilə bağlı hərəkət iştirakçılara müraciət edib. Bu barədə İdarədən Sia-ya məlumat verilib.
Bildirilib ki, hazırda müşahidə olunan yağmurlu hava yollarda əlverişsiz mühit yaratmaqla yanaşı, qəza riskini də əhəmiyyətli dərəcədə artırıb:
"Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara istisnasız əməl etməyi tələb edir.
Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını da nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etmək, ötmə, manevr etmə zamanı diqqətli olmaq tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın piyadalar üçün də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, onları da məsuliyyətli olmağa, qaydalara sözsüz əməl etməyə çağırır".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub