Ötən ildən Azərbaycanda yay və qış vaxtına keçid ləğv olunsa da, bu gün səhər saatlarından sosial şəbəkələrdə izləyicilər saatlarının irəli çəkildiyini açıqlayıblar.
Mynews.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb isə bəzi telefonlarda avtomatik olaraq saatın irəli və ya geri çəkilməsidir.
Bu məqamda qeyd edək ki, hazırda saat 10:13-dür.
Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif etmişdi. Nazirlər Kabineti də "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə" Qərar qəbul edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub