Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, dərman vasitələrinin Azərbaycan dilində istifadə təlimatı olmadan satışı cərimələnəcək.
Mynews.az-ın məlumatına görə, əgər dərman vasitəsinin Azərbaycan dilində istifadə təlimatı qablaşdırmanın içərisində və ya yanında olmazsa və istehlakçının tələbi əsasında aptek tərəfindən çap edilərək təqdim edilməzsə, həmin aptekə cərimə tətbiq olunacaq.
Bu halda aptek təşkilatları 50 manat məbləğində cərimə ediləcək.
Yeni qaydalar istehlakçı hüquqlarını qorumaq və vətəndaşların dərmanlardan düzgün istifadə etməsini təmin etmək məqsədi daşıyır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub