Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Mynews.az xəbər verir ki, bu barədə “Operativ Media”nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülü “Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buzdan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilib.
Sürət həddi hava şəraiti nəzərə alınaraq tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik.
Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək. Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub