İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti soyuq hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Mynews.az-ın xəbərinə görə, Xidmətdən bildirilib ki, soyuq hava şəraitində su sayğaclarınızın donma və ya zədələnmə ehtimalı artır.
"Soyuq hava şəraitində su sayğaclarınızın donma və ya zədələnmə ehtimalı artır. Su sayğacının donma və ya partlama halları müşahidə edildikdə dərhal bizimlə əlaqə saxlayın!
Sayğaclarınızı qorumaq üçün onları izolyasiya edin, açıq havada qalan boruları örtün və şübhəli hallarda bizə müraciət edin. Müraciət etmək üçün Nəzarət Ölçü Cihazları İdarəsi: (012) 433 16 01, və "955" Çağrı Mərkəzi (7/24)" ilə əlaqə saxlaya bilərsiniz", - deyə müraciətdə qeyd edilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub