Şaxtalı hava şəraitində Bakının bir çox ərazilərində suyun təzyiqinin azalması müşahidə olunur. Bu vəziyyət sakinlərin gündəlik həyatına təsir edir və su təchizatı ilə bağlı narahatlıqlar yaradır.
Bəs suyun təzyiqi nə vaxtdan bərpa ediləcək?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, təzyiq bəzi ərazilərdə aşağı düşə bilər, bu hal da suyun verilmə qaydalarının tənzimlənməsi ilə bağlıdır.
“Təzyiqin azalması və ya artması normativ tələblərə uyğun olaraq tənzimlənir. Bunun əsas səbəbi xəttə vurulan suyun təzyiqinin düzgün idarə olunmasının vacibliyidir. Elə hallar olur ki, təzyiqin aşağı salınması tələb olunur, bəzi hallarda isə təzyiq artırılmalıdır. Məsələn, şaxtalı havalarda su xətlərini don vurduqda təzyiqin qəfil artırılması xətlərin zədələnməsinə və qəza vəziyyətinin yaranmasına səbəb ola bilər. Hətta ətraf ərazilərin su basması ilə nəticələnə bilər. Buna görə də su təchizatı sistemində təzyiqin idarə olunması normativ tələblərə uyğun şəkildə həyata keçirilir", - deyə məlumatda qeyd olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub