Zibilliyə atdığınız ödəniş qəbzləri sizin üçün problem yarada bilər.
Mynews.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə məlumat təhlükəsizliyi üzrə mütəxəssis Amalya Calalova danışıb. O, bu cür məlumatların hakerlər tərəfindən oğurlana biləcəyini söyləyib:
“Siz də kedit çeklərini, kommunal ödəniş qəbzlərini və ya vaxtı bitmiş müqavilə və sənədləri zibil qutusuna atırsınızmı? Düşünürsünüz ki, adi və lazımsız kağızdır, nə ola bilər?!
Hakerlər isə heç də belə düşünmürlər. Bu məlumatlar sizə nə qədər gərəksiz görünsə də, hakerlər elə həmin sənədlərdə olan fərdi məlumatlarınızı, yəni ad, soyad, fin kodunuz, şəxsiyyət vəsiqənizin nömrəsi və digər məlumatları oğurlayaraq hesablarınıza icazəsiz giriş əldə edir və istənilən əməliyyatı adınızdan icra edir, pullarınızı ələ keçirir və hətta şifrələrinizi asanlıqla dəyişirlər. Ona görə də belə sənədləri zibil qutusuna atmazdan əvvəl kağız doğrayıcı vasitəsilə məhv edin. Əgər doğrayıcı yoxdursa, o zaman sadəcə əlinizlə məhv edə bilərsiniz”, - deyə o söyləyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub