"Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər".
Mynews.az xəbər verir ki, bunu "Yeni Sabah"a Mətbuat Şurasının rəhbəri Rəşad Məcid bildirib.
O, paytaxtın dəyişdirilməsi müzakirələrinə bu cür rəy bildirib:
"Cənab Prezident Ağdama, Xocalıya, Xankəndiyə son səfərində 1 nömrəli Ağdam məktəbində də oldu. Bu səfər mənim üçün də çox təsirli idi. Ona görə ki, mən də həmin 1 nömrəli məktəbdə oxumuşam. Hazırda o məktəbin tikintisi gedir. Ağdamdakı yeni quruculuq işləri ilə də tanışam. Həmişə də demişəm ki, Ağdam yaddaşımızda olan, uşaqlığımızın keçdiyi Ağdamdan daha əzəmətli və böyük şəhər olacaq. Mən hələ zəfərimizdən öncə həmişə deyirdim ki, Ağdamda gələcəkdə 1 milyonluq şəhər salmaq lazımdır".
Rəşad Məcid bildirib ki, Ağdam və Xankəndi paytaxt üçün əlverişli namizəd şəhərlərdir: "Vaxtilə biz "525" qəzetində yeni paytaxta ehtiyac başlığı ilə yazılar yazırdıq. O yazılarda Azərbaycanın, Bakının yüklənməsi ilə bağlı problem qaldırılırdı. Eyni zamanda, Azərbaycanın hansı regionunda yeni paytaxtın daha münasib olacağı barədə fikirlər səslənirdi. Müxtəlif regionların adı çəkilirdi.
Zəfərimzidən sonra, əlbəttə, şərait başqadır. Mən arzulayıram və düşünürəm ki, ya Araz sahilində yerləşən hansısa şəhərimizdə, yaxud Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər. İnfrastrukturu inkişaf etmiş, böyük bir şəhərdə yeni paytaxt salına bilər.
Arzulayırıq ki, belə bir istək reallaşsın. Ağdamın böyük ənənələri var. Ağdam Qarabağın iqtisadi, mədəni mərkəzi olub. Şuşa Azərbaycanın mədəni mərkəzi kimi inkişaf edir. Hesab edirəm ki, Ağdam da bir iqtisadi paytaxt kimi inkişaf edə bilər. Gələcəkdə siyasi paytaxtımızın da dəyişməsi arzuolunandır".
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub