Rusiyada "Nə? Harada? Nə vaxt?" intellektual klubunun keçmiş oyunçusu Rövşən Əsgərov beynəlxalq axtarışa verilib və barəsində qiyabi həbs qərarı çıxarılıb.
Mynews.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nasizmin reabilitasiyası və vətən tarixinin saxtalaşdırılması ilə bağlı cinayətlərin araşdırılması şöbəsinin müdiri Aleksandr Pastuxov Federasiya Şurasının iclasında danışıb.
Rövşən Əsgərov rusiyalı jurnalist və "Sport-Express" qəzetinin keçmiş idman köşə yazarıdır. 2013-cü ilə qədər Aleksey Blinovun "Nə? Harada? Nə vaxt?" komandasında çıxış edib. 2013 mövsümündən Balaş Kasumovun komandasında çıxış edib.
Qeyd edək ki, 2022-ci ildən Rusiya Ədliyyə Nazirliyi onu xarici agent kimi tanınıb, "Rosfinmonitorinq" tərəfindən isə o, terrorçular və ekstremistlər siyahısına daxil edilib.
R.Əsgərovun təqsiri 4 dəfə Sovet İttifaqı Qəhrəmanı marşal Georgi Jukov haqqında tənqidi fikirlər səsləndirməsi, onu qarətçi adlandırması olub.
Bir neçə gün əvvəl isə Rusiyada məhkəmə "Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının üzvü olmuş Rövşan Əsgərova 130 min rubl cərimələrin ödənilməməsi ilə bağlı yeni araşdırma başladıb.
Məlumata görə, sonuncu belə araşdırma bu ilin fevralında başlayıb. Əvvəllər məhkəmə Rövşən Əsgərovu 3 dəfə cərimələyib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub