Sakit okean ada dövləti Nauru dəniz səviyyəsinin qalxması səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşib. Bu səbəbdən ölkə pul müqabilində vətəndaşlıq verməyə başlayıb.
Mynews.az xəbər verir ki, ölkə prezidenti David Adeang iqlim maliyyəsi tükəndiyi üçün mübahisəli “qızıl pasport” proqramının başladığını elan edib.
İnsanların yaratdığı iqlim böhranı dəniz səviyyəsini yüksəltdiyi və ölkənin məhsuldar sahil zolağının tükənməsinə səbəb olan 13,000 nəfərlik alçaq ada ölkəsi kütləvi şəkildə “daxili köçməyi” planlaşdırır. Səlahiyyətlilər bildirirlər ki, adanın əhalisinin 90 faizi daha yüksək yerə köçürülməlidir.
Bu cür sxemlərin c*nayət i*tismarına açıq olması qorxusuna baxmayaraq, ölkə xaricilərə pasportları 105.000 ABŞ dollarına sataraq vəsait toplamağı planlaşdırır.
Onu da qeyd edək ki, ölkənin iddiasına görə onun pasportu Böyük Britaniya, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Honq Konq da daxil olmaqla 89 ölkəyə vizasız giriş imkanı verəcək.
Qızıl pasport proqramının rəhbəri Edvard Klark deyir ki, ilk ildə təxminən 6 milyon dollar gəlir əldə etməyi hədəfləyirlər. Onun sözlərinə görə, gələcəkdə bu, 43 milyon dollara çata bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub