Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı 33 il” adlı fləşmob həyata keçirilib.
Mynews.az xəbər verir ki, fləşmobda 500 nəfər Azərbaycan Könüllüsü fəal iştirak edib. Fləşmobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırım həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.
Fləşmob zamanı Azərbaycan Könüllülərinin iştirakı ilə "Badam çiçəyi” – "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının simvolu canlandırılıb. Onlar "Xocalıya ədalət!" şüarını səsləndirərək, faciənin beynəlxalq səviyyədə tanıdılması və ədalətin bərqərar olunması üçün çağırış ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi: "Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub