USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Müharibə veteranlarına ŞAD XƏBƏR : 80 manatlıq müavinət artırılacaq

19:18 27.02.2025
Müharibə veteranlarına ŞAD XƏBƏR : 80 manatlıq müavinət artırılacaq
19:18 27.02.2025

İctimaiyyət arasında müzakirə olunan mövzulardan biri də məhz müharibə veteranlarının müavinətinin 80 manat olması ilə bağlıdır. Xüsusilə də bu mövzu İkinci Qarabağ müharibəsindəki qələbədən sonra daha da aktuallaşmaqdadır. Müharibə iştirakçıları onlarq ödənilən 80 manatın az olduğunu və indiki iqtisadi vəziyyətə uyğun olmadığını deyirlər.

Bəs 2025-ci ildə müharibə iştirakçılarının aldığı 80 manat müavinətin artırılma ehtimalı varmı? Hazırkı dövrün tələblərinə uyğun olaraq bu müavinətlər təxminən nə qədər artırılmalıdır?

Mövzu ilə bağlı Milli Məclisinin deputatı Elman Məmmədov bildirib ki, bu mövzu bir çox vətəndaşlarımızı düşündürür.  Bu şəxslər o şəxslərdir ki, biz İkinci Qarabağ müharibəsindəki zəfərimizi onların hesabına əldə etmişik. Bu insanlar dövlətimizin suverenliyi uğrunda mübarizədə canlarından keçiblər. Bunun müqabilində də Azərbaycan dövləti bu kateqoriyadan olan insanların daim qayğılarına qalır. Bu diqqət və qayğılardan biri də veteranlara verilən 80 manat məbləğində olan müavinatlərdir.

Millət vəkili həmçinin onu da vurğulayıb ki, həmin 80 manat müavinət indiki iqtisadi və sosial tələblərə cavab vermir. Doğrudur, bəzi qazi və müharibə iştirakçılarımız müxtəlif yardımlar alırlar yaxud da işləyirlər.  Amma ehtiyacı olan və əmək qabiliyyəti yararsız olan müharibə veteranlarının çoxdur. Yeri gəlmişkən mən özüm və iki oğlum da müharibə iştirakçısıyıq. Mən dəfələrlə bu barədə təkliflərlə çıxış etmişəm. Düşünürəm ki, dövlətimiz hər bir məsələdə humanizm prinsiplərinə uyğun addımlar atdığı kimi bu məsələdə də müharibə veteranlarını sevindirəcək. Şübhəsiz ki,  bu müavinətlər tezliklə artırılacaqdır.

"Bilirsiniz ki,  hazırda Qarabağda böyük quruculuq işləri aparılır. Bununla belə müdafiə xərclərimizi də gücləndirmək üçün dövlətimiz müvafiq addımlar atır. Çünki bütün bunlar çox mühümdür. İşğaldan azad edilmiş ərazilərimizin təhlükəsizliyi və ümumiyyətlə ölkəmizin suverenliyi üçün böyük maliyyə vəsaiti tələb olunur. Lakin müharibə veteranlarının qətiyyən narahat olmasınlar. Onların bu problemləri də dövlətimiz tərəfindən öz həllini tapacaqdır. Bu mövzunu da gündəmdə saxladığınız  və müharibə veteranları üçün ümidli xəbərlər hazırladığınız üçün sizə təşəkkür edirəm",- deyə millət vəkili əlavə edib.


Xəbər lenti