Sükan arxasında məsuliyyətsizlik ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına zəmin yaradır.
Mynews.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən, yaxud avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə vərdişkar olan sürücülərə rast gəlinir.
Məlumata görə, bir gün əvvəl respublika üzrə qeydə alınan 4 yol-nəqliyyat hadisəsindən 3-ü toqquşma xarakterli olub ki, həmin qəzaların hər biri məhz arxada hərəkət edən avtomobilin öndəki nəqliyyat vasitəsilə toqquşması səbəbindən baş verib.
Bununla yanaşı, həmin qəzaların ayırıcı və bir neçə hərəkət zolaqlarına malik avtomagistrallarda qeyd alınması, sözügedən yol-nəqliyyat hadisələrini törədən sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından, ara məsafəsini düzgün seçməmələrindən xəbər verir".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə biganə yanaşmamağa çağırır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub