Xəbər verdiyimiz kimi, 2025-ci ilin mart ayında iş və istirahət günlərində dəyişiklik edilib.
Mynews.az-ın verdiyi xəbərə görə, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20-24 mart tarixlərində Novruz bayramı, həmçinin 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart iş günləri 10 mart və 1 aprel tarixlərinə dəyişdirilib. Bununla yanaşı, Əmək Məcəlləsinə uyğun olaraq həftəarası istirahət günləri bayram günləri ilə üst-üstə düşdüyü halda həmin istirahət günləri bayramdan sonrakı iş gününə keçirilir.
Beləliklə, 2025-ci ilin 20-31 mart tarixləri iş günü hesab edilmir. İlk iş günü 1 aprel tarixinə təsadüf edəcək. Bundan əlavə, bayram ərəfəsi – 7 mart və 19 mart tarixlərində iş saatları 1 saat qısaldılacaq.
Qeyd edək ki, bu məsələ Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Misal olaraq, 8 mart Beynəlxalq Qadınlar günü Əmək Məcəlləsinin 105-ci maddəsinə görə iş günü hesab edilməyən bayram günü hesab edildiyi üçün 7 mart tarixində iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmalıdır.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub