“Vətəndaşların layiqli həyat şəraitinin və sosial bərabərliyin təmin edilməsində mənzil hüququnun əhəmiyyətli rolu vardır. Ölkəmizdə bu hüququn təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sırasında əhali üçün maddi cəhətdən əlverişli olan yaşayış binalarının tikintisinə dəstək verilməsi xüsusi qeyd olunmalıdır”.
Mynews.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsini təqdim edərkən deyib.
O bildirib ki, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə güzəştli ipoteka kreditinin şərtlərinin yüngülləşdirilməsi vacibdir:
“Mənzil fondunun dövlət uçotu qaydasının təsdiq edilməsi prosesinin və çoxmənzilli binaların idarə edilməsi qaydasının müəyyən edilməsinin sürətləndirilməsi məqsədə müvafiq hesab olunur.
Bir sıra şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsi də zəruridir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub