“Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Maşınlara vurulan yanacağın həcmini müxtəlif üsullarla azaldır, yaxud digər vasitələrdən istifadə edirlər. Şəxsən özüm bir neçə dəfə “Lukoil” yanacaqdoldurma məntəqəsində qanun pozuntusu, fırıldaqla rastlaşmışam”.
Mynews.az APA-ya istinadla xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında deyib.
Onu sözlərinə görə, ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar: “Ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır, həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir, davam edir, eyni pozuntular bu gün də baş verməkdədir”.
Deputat bildirib ki, digər pozuntu isə müxtəlif yanacaqdoldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlıdır: “Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 km fərq edir? Ona görə ki benzin vurularkən oğurluğa yol verilir, bu rəqəm isə gündə on tonlarla ölçülür. Mən aidiyyəti qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub